Əhalinin Şuşaya köç tarixi açıqlandı

Gələn ilin birinci rübündə əhalinin Şuşaya köçünə başlanılacaq.

Əhalinin Şuşaya köç tarixi açıqlandı
Gələn ilin birinci rübündə əhalinin Şuşaya köçünə başlanılacaq.

meqale.com xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

A.Kərimov bildirib ki, ilkin olaraq birdəfəlik 400-dək ailənin köçürülməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, yeni yaşayış kompleksinin tikintisi bu ilin sonuna yekunlaşacaq.