Ərdoğanla Bayden görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Cozef Baydenlə görüşüb.
meqale.com Trend-ə istinadən bildirir ki, onlar Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində bir araya gəliblər.
Bayden və Ərdoğan qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Xatırladaq ki, Sammitdə NATO üzvü olan 31 ölkənin dövlət və hökumət başçıları, namizəd ölkələrdən İsveç, eləcə də Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya nümayəndələri iştirak edir.
meqale.com