Ermənistan Prezidenti bunu məqsədəuyğun hesab etmir

Ermənistan Prezidenti Vaaqn Xaçatryan Qarabağda ləğv olunmuş qondarma rejimin "dövlət qurumları"nın saxlanmasını məqsədəuyğun hesab etmir.

Ermənistan Prezidenti bunu məqsədəuyğun hesab etmir
Ermənistan Prezidenti Vaaqn Xaçatryan Qarabağda ləğv olunmuş qondarma rejimin "dövlət qurumları"nın saxlanmasını məqsədəuyğun hesab etmir.

meqale.com APA-ya istinadən bildirir ki, Ermənistan dövlət başçısının sözlərinə görə, Ermənistan Respublikası var və onun dövlət qurumları fəaliyyət göstərir.

"Bu qurumlar nə üçün fəaliyyət göstərəcək?", - o vurğulayıb.

Eyni zamanda, İrəvan Qarabağ ermənilərinin hüquqlarını qoruyur.

Xaçatryan bildirib ki, Qarabağı könüllü tərk edən erməni sakinlərin oraya qayıtması məsələsi müzakirə olunur.