Ermənistanda hərbçilər qəzaya düşdü - 1 ölü, 3 yaralı
Ermənistanda hərbçilərin yol qəzası baş verib.
meqale.com xəbər verir ki, hadisə günorta saatlarında Marqara-Vanadzor avtomobil yolunda, Armavir rayonunun Crarat kəndi yaxınlığında baş verib.
"Nissan" və "QAZ-24" markalı avtomobillərin toqquşması nəticəsində bir erməni hərbçi həlak olub, üç hərbçi və bir neçə mülki şəxs yaralanıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı cinayət işi açılıb.