Ermənistanda iki sərhədçi qəzaya düşdü - Ölən var
Ermənistanın cənubunda iki nəfər rusiyalı sərhədçi qəzaya düşüb.

Baş verən yol-nəqliyyat hadisəsində onlardan biri ölüb, digəri yaralanıb.
Qeyd olunub ki, "UAZ" markalı avtomobilin Meqri-Nrnadzor yolunda dərəyə düşməsi nəticəsində, 30 yaşlı sərhədçi yerindəcə ölüb, 22 yaşlı sərhədçi isə xəstəxanaya aparılıb.