Filarmoniyada “Əsrlərin Nəfəsi” adlı möhtəşəm konsert proqramı baş tutacaq

27 dekabr, saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində musiqi tarixinin müxtəlif dövrlərini bir araya gətirən - Əsrlərin Nəfəsi" (The Breath of Centuries) adlı möhtəşəm konsert proqramı baş tutacaq.

Musiqili gecədə Niyazi adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə, Xalq artisti, Maestro Yalçın Adıgözəlovun rəhbərliyi altında tanınmış solistlər Kamran Talıblı (fleyta) və Aytac Kara (violin) dinləyicilər qarşısında çıxış edəcəklər. Proqramda dünya musiqi irsinin seçmə inciləri səslənəcək - J. S. Bach  Orkestr süitası №3, "Ariya", D-dur, P. İ. Çaykovski  Simli Serenada, B. Martinů  fleyta, violin və orkestr üçün Konsert, G-dur, F. Əmirov  "Nizami" simfoniyası. Gecənin xüsusi məqamlarından biri tanınmış çex bəstəkarı Bohuslav Martinů'nun fleyta, violin və orkestr üçün Konsertinin ifası olacaq. Qeyd edək ki, bu əsər ilk dəfə 1936-cı ilin 27 dekabrında Parisdə səsləndirilmişdir. Məhz bu konsertdə, əsərin dünya premyerasının 89-cu ildönümündə, onun Azərbaycanda ilk ifası baş tutacaq. Siz də klassikanın əbədi nəfəsini hiss etmək istəyirsinizsə, bu ecazkar konserti qaçırmayın....