Flora Kərimova: "Azərbaycanda "Audi" markalı maşını ilk dəfə özüm sürmüşəm"

"Mən nəyimləsə öyünməyə, nəyisə göstərməyə heç vaxt can atmamışam. Bir iki dəfə bağımı çəkib göstəriblər. Buna görə də tamaşaçılardan 100 dəfə üzr istəmişəm. Bu Allahdan gələn qabiliyyətdir. Bu ya var, ya da yox".   meqale.com xəbər verir ki, bunu mderator.az-a açıqlamasında xalq artisti Flora Kərimova deyib.

Flora Kərimova:

O daha sonra Azərbaycanda audio markalı maşını ilk dəfə özünün sürdüyünü bildirib.

"Audi markalı avtomobilimi o vaxt oğlum Almaniyadan mənə göndərmişdi. Vaxtında bilsəydim ki, bu maşını Azərbaycanda ilk dəfə mən sürmüşəm, o vaxt fors edərdim. Bir neçə il bundan əvvəl bunu mənə dedilər. Daha hansı günümə fors edim? (gülür). Bu gün o qədər gözəl maşınlar var ki. Forsa gecikmişəm (gülür)" deyə xalq artisti bildirib.

O daha sonra ilk avtomobil idarə etdiyi illəri xatırlayıb.

"Anam mənə avtomobil aldı. 2 gündən sonra qəza keçirtdim. Düz ay yarım onun əziyyətini çəkdim, xəsarət aldım. Çox sürətlə sürürdüm. Maşınların qənimi olmuşdum. Hər dəfə məni inspektorlar saxlayıb deyirdi ki, "Flora xanım, niyə bizə qıyırsınız?". Bir dəfə məni rəislərinə şikayət edib demişdilər ki, Flora xanım sürətlə sürür. O da demişdi ki, "Bir dənə Flora xanımımız var da, birtəhər dözək". Mənə ərkəsöyünlük etməyə icazə verdilər (gülür).

Xəstəlikdən sonra mən sürmürəm, indi Yaqut sürür. Heç sevmirdim ki, maşını park edəsən. Yer tapmırdım. Bu işdə Yaqut daha peşəkardır" deyə sənətkar bildirib.

Flora Kərimova "Qanun naminə" filmindəki rolunu da xatırlayıb. Bildirib ki, filmdə çəkilməyi heç vaxt arzulamayıb.