Gimnastlarımız Dünya kubokunda 3 gümüş medal qazandılar
29 may - 1 iyun tarixlərində Bolqarıstanın Burqas şəhərində keçirilən akrobatika gimnastikası üzrə Dünya kubokunda ölkəmizi təmsil edən gimnastlarımız uğurlu çıxışlarla yadda qalıblar.
meqale.com xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
İdmançılarımız üç müxtəlif proqram üzrə yüksək nəticələr əldə ediblər.