Gökhan Gönül Türkiyə millisindən getdi

Türkiyə millisinin və "Fənərbağça"nın keçmiş ulduzu Gökhan Gönül vəzifəsindən gedib.

Gökhan Gönül Türkiyə millisindən getdi
Türkiyə millisinin və "Fənərbağça"nın keçmiş ulduzu Gökhan Gönül vəzifəsindən gedib.

meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbol üzrə Türkiyə U-21 millisinin baş məşqçisi olan gənc mütəxəssis postunu tərk edib.

Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) Mətbuat Xidməti məlumat verib.

Həmçinin qarşılıqlı razılaşma əsasında yollar ayrıldığı qeyd olunub.

Xatırladaq ki, Gökhan Gönül 2024-cü ilin sentyabr ayında Türkiyə U-21 yığmasının baş məşqçisi vəzifəsinə təyin edilmişdi.