Gürcüstana hərbi yardımı dayandırdılar

Danimarka "Xarici təsirin şəffaflığı haqqında" qanuna görə Gürcüstana 4 illik hərbi yardımı dayandırıb.

Gürcüstana hərbi yardımı dayandırdılar
Danimarka "Xarici təsirin şəffaflığı haqqında" qanuna görə Gürcüstana 4 illik hərbi yardımı dayandırıb.

meqale.com report-a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin üzvü Teona Akubardia Danimarka Xarici İşlər Nazirliyinin məktubuna əsasən bildirib.

Krallıq 2023-cü ildə Gürcüstana hərbi yardım göstərməyə başlayıb, büdcə 71,5 milyon Danimarka kronu (təxminən 10,376 milyon ABŞ dolları) təşkil edib.

Məktubda bildirilir ki, Danimarka Gürcüstan hökumətini Avro-Atlantik məkana qayıtmağa və Avropa İttifaqının islahatlar proqramına əməl etməyə çağırır.

Deputatın sözlərinə görə, bu vəziyyət Gürcüstanın nüfuzuna xələl gətirir, suverenliyinə və ərazi bütövlüyünə ciddi çağırışdır.