Hidayət Heydərov çempion oldu - FOTO

Azərbaycan cüdoçusu Hidayət Heydərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Hidayət Heydərov çempion oldu - FOTO
Azərbaycan cüdoçusu Hidayət Heydərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

meqale.com xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən H. Heydərov həlledici görüşdə özbəkistanlı Şakram Əhmədovu məğlub edib. Bununla da idmançı İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub. O, 2017-ci ildə Bakıda keçirilən analoji yarışda da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

Bu gün tatamiyə çıxan digər Azərbaycan cüdoçusu Könül Əliyeva (48 kiloqram) finalda türkiyəli Tuğçe Bederə uduzaraq gümüş medalla kifayətlənib. Aydan Vəliyeva (52 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) isə bürünc mükafat əldə ediblər.