“İkinci evliliyim sayəsində tanındım” - FOTO

Bakı Lift-Təmir İstehsalat Birliyinin keçmiş rəisi Qüdrət Şükürovun bloger qızı Aysel Şükür açıqlaması ilə diqqət çəkib.

“İkinci evliliyim sayəsində tanındım” - FOTO
Bakı Lift-Təmir İstehsalat Birliyinin keçmiş rəisi Qüdrət Şükürovun bloger qızı Aysel Şükür açıqlaması ilə diqqət çəkib.

meqale.com xəbər verir ki, Aysel evlilikləri haqqında danışıb.

O, videolarının birində dediyi "18 yaşımla danışa bilsəydim, ona heç nəyə tələsmə, həyatını yaşa və qəti evlənmə deyərdim" fikrinə aydınlıq gətirib:

"Qızlar, mən burada ilk evliliyim haqqında danışıram ki, kaş 18 yaşında evlənməzdim... Sırf bunu deyirəm. Amma ondan sonra qurduğum ikinci evliliyim (Oktay Əhmədovla olan evliliyi - red.) üçün peşman deyiləm, çünki o evlilik sayəsində tanındım, səhifəm böyüdü. Uğursuz evlilik ola bilər, amma evlənməyimə peşman deyiləm. Sadəcə düzgün insan seçimi etməmişəm...

İnsan gərək düşüncə tərzinə uyğun birini tapsın. Seçimlərim yanlış ola bilər, amma hər biri mənim həyatıma nəsə qatdı, eyni zamanda çox şey aldı. Onlar olmasaydı, mən bugünkü Aysel ola bilməzdim. Nəyəsə qulaq asanda, dinləyib öz aləminizdə "söz soxmağa" çalışmaq yerinə, dərs çıxarın. Mən burada qızıl dəyərində məsləhətlər verirəm!".