“İmtahandan keçməyən müəllimlər günahı özlərində görməlidirlər”
"Kimin yaxşı, kimin pis dərs dediyini inzibati amirlik üsulları ilə müəyyənləşdirmək mümkün deyil. Ona görə də ən uyğun yol müəllimlərin sertifikatlaşdırılması, imtahan edilmələridir".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib.
"Müəllimlərin imtahan edilməsi isə qətiyyən onların nüfuzunun aşağı düşürülməsi kimi qiymətləndirilməməlidir. Təhsil millətin gələcəyidir. Ölkəmizin inkişafı, qüdrətli olması birbaşa təhsilimizin keyfiyyəti ilə bağlıdır. Təhsil sisteminin sağlamlaşdırılması bütün cəmiyyəti düşündürür və qarşıda dayanan ən vacib məsələlərdən biridir", - o bildirib.
Millət vəkili vurğulayıb ki, təhsilverənlərin imtahan edilməsi çox vacibdir: