İngiltərədə fövqəladə vəziyyət elan edildi
İngiltərənin Somerset bölgəsində daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib.
meqale.com axar.az-a istinadən bildirir ki, "Herminia" qasırğası nəticəsində İngiltərə və Uelsdə 50-dən çox daşqın xəbərdarlığı qüvvədədir. Fırtınanın sürəti cənub-şərqdə saatda 83 milə (təxminən 134 km/saat) çatıb. Ən çox zərər çəkmiş bölgədə yaşayan sakinlər evakuasiya olunub.
İngiltərənin cənubu və Uelsdə külək və yağışla bağlı sarı xəbərdarlıqlar edilib. Bu xəbərdarlıqlar xüsusilə cənub-qərb bölgələrində çərşənbə axşamına qədər uzadılıb.
Britaniya Hava Yolları Londonun Hitrou hava limanında 26 daxili və Avropa reysini ləğv edib.