İran Prezidenti ürək əməliyyatı etdi - FOTO
İran Prezidenti Məsud Pezeşkian ürək əməliyyatı icra edib.
meqale.com xəbər verir ki, bu barədə görüntülər sosial mediada yayılıb.
Belə ki, Pezeşkian Təbriz səfəri zamanı şəxsən "Şəhid Mədəni" Xəstəxanasında ürək əməliyyatı edib.
Qeyd edək ki, ixtisasca ürək cərrahı olan Məsud Pezeşkian "Şəhid Mədəni" xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.