İranda polis bölməsinə hücum: ölənlər var

İyulun 7-i gecə saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Təftan şəhərinin Dehpabid polis bölməsinə hücum edilib.

İranda polis bölməsinə hücum: ölənlər var
İyulun 7-i gecə saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Təftan şəhərinin Dehpabid polis bölməsinə hücum edilib.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Etnik bəlucların silahlı qruplaşması olan "Ceyş əl-Ədl" təşkilatı hücumun məsuliyyətini öz üzərinə götürüb.

Təşkilatın yaydığı bəyanatda hücum nəticəsində iki hökumət məmurunun öldürüldüyü bildirilib.

Rəsmi dövlət mediası bu barədə məlumat yaymayıb.