İrəvanda yanacaqdoldurma məntəqəsinə silahlı hücum

Ermənistanın paytaxtı İrəvanda yanacaqdoldurma məntəqəsinə silahlı hücum edilib. 

İrəvanda yanacaqdoldurma məntəqəsinə  silahlı hücum
Ermənistanın paytaxtı İrəvanda yanacaqdoldurma məntəqəsinə silahlı hücum edilib. 

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Shamshyan" portalı yayıb. 

Məlumata görə, maskalı iki şəxs yanacaqdoldurma məntəqəsinin əməkdaşlarına hücum edib.

Əməkdaşların müqavimət göstərdiyi bildirilir. Nəticədə iki işçi yaralanıb. 

Silahlı şəxslər isə hadisə yerindən qaçıblar. Hazırda polis axtarışları davam etdirir.