İstanbulda italyan aşpazın oğlu bıçaqlandı - FOTO

İtalyan aşpaz Andrea Minguzzinin 14 yaşlı oğlu Mattia Əhməd Minguzzi Kadıköydəki bit bazarında bıçaqlı hücuma məruz qalıb. Sinəsindən 5 dəfə bıçaqlanan Minguzzi xəstəxanaya aparılıb.

Mattia Əhməd Minguzzi iddiaya görə, iki dostu ilə birlikdə skeytbord avadanlığı almaq üçün Kadıköy bit bazarına geib. Orada bir nəfər ona çiynini vuraraq "Çox yaraşıqlısan" deyib. Minguzzi isə həmin şəxsə "Bağışla, qardaş" deyə cavab verib.

Şübhəli, bir neçə metr uzaqlaşdıqdan sonra bıçaqla geri qayıdıb və "Mən sənin hardan qardaşın oluram?" deyərək Minguzziyə hücum edib. Polis artıq iki hücum edən şəxsi saxlayıb və onlar həbs edilib. İtaliya polisi və diplomatlar istintaqa qoşulub. Qeyd olunur ki, Mattia Ahmet Minqutsi İstanbulda məşhur italyan restoranının aşpazı, Andrea Minqutsi və türk violonçel ifaçısı Yasemin Akıncıların oğludur.