İstanbulun 61 günlük su ehtiyatı qalıb, vəziyyət kritikləşə bilər - Xəbərdarlıq
İstanbulu təmin edən su anbarlarında cəmi iki aylıq su qalıb. Quraqlıq davam edərsə, vəziyyət kritikləşə bilər.
meqale.com Axar.az-a istinadən bildirir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
"Şəhərin 91 günlük su ehtiyatı var. Lakin bu suyun 25 faizinin buxarlandığını nəzərə alsaq, ehtiyatın cəmi 61 günlük olduğunu deyə bilərik", - telekanal bildirib.