​İtaliya Ukraynaya sülhməramlıların göndərilməsini rədd etdi

İtaliyanın baş naziri Corcia Meloni Fransa və Böyük Britaniyanın Ukraynaya sülhməramlılar göndərmək təklifinə reaksiya verib.

​İtaliya Ukraynaya sülhməramlıların göndərilməsini rədd etdi

İtaliyanın baş naziri Corcia Meloni Fransa və Böyük Britaniyanın Ukraynaya sülhməramlılar göndərmək təklifinə reaksiya verib.

Meqale.com xəbər verir ki, o, təklifin yanlış və səmərəsiz olduğunu ifadə edib. Meloni İtaliya Senatındakı çıxışında bildirib ki, İtaliya qoşunlarının Ukraynaya göndərilməsi gündəmdə olmayıb. Meloninin sözlərinə görə, Avropa qoşunlarının Ukraynaya göndərilməsi gərginliyə səbəb ola bilər.

Qeyd edək ki, bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron “Parisien” qəzetinə açıqlamasında Avropa ölkələrinin Rusiyanın icazəsi olmadan Ukraynaya təlimçi kimi sülhməramlılar və əsgər göndərə biləcəyini bildirmişdi. Rusiya tərəfi isə təklifi rədd edib.