Kaliforniya ABŞ-dən ayrılmaq istəyir
Kaliforniyada ştatın ABŞ-nin tərkibindən çıxmaqla bağlı "Calexit" adlı prosesin başlanılması üçün imza toplanmasına başlanılıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, petisiyanın artıq rəsmi qaydada qeydiyyatdan keçdiyi bildirilir.
"Qəbul olunacağı təqdirdə - "Brexit" səsverməsinə istinad olan "Calexit" artıq 2028-ci ildə səsverməyə qoyula bilər. Beləcə kaliforniya sakinləri Bİrləşmiş ştatların tərkibində qalmaq və ya azad və müstəqil ölkə olmaqla bağlı suala cavab verməli olacaqlar.