Kallas koronavirusa yoluxdu

Estoniyanın Baş naziri Kaya Kallas koronavirusa yoluxub.

Kallas koronavirusa yoluxdu
Estoniyanın Baş naziri Kaya Kallas koronavirusa yoluxub.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə K. Kallas feysbuk hesabında paylaşım edib.

Baş nazirin sözlərinə görə, bu gün səhər onun COVID-19 testinin nəticəsi müsbət çıxıb:

"Buna görə təəssüf ki, Polşanın yeni Baş naziri Donald Tuskun Estoniyada baş tutmalı olan ilk xarici səfəri təxirə saldıq. Həmçinin, sabah Tallində Baltikyanı ölkələrin Baş nazirlərinin görüşü də təxirə salındı".