Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edib.

Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?
Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edib.

meqale.com xəbər verir ki, iyulun 3-ü günün ikinci yarısından başlayaraq Xəzər dənizində şimal-qərb küləyi iyulun 6-sı gündüzədək davam edəcək.

Bu müddətdə küləyin sürəti 18-23 m/s, bəzi vaxtlarda isə 25-28 m/s-ə çatacaq. Dalğanın hündürlüyünün isə əvvəlcə 3-4 metr, daha sonra 4-5 metrədək yüksəlməsi gözlənilir.