Lamin Yamaldan növbəti rekord
"Barselona"nın vingeri Lamin Yamal La Liqada yeni rekorda imza atıb.
meqale.com xəbər verir ki, 17 yaşlı futbolçu 13 məhsuldar ötürmə ilə bu yaxınlarda başa çatan İspaniya çempionatında ən yaxşı assistent oldu.
21-ci əsrin əvvəlindən bəri 20 yaşından aşağı heç bir futbolçu La Liqada bir mövsümdə bu qədər çox məhsuldar ötürmə etməyib.
İspaniyalı Hans-Diter Flikin komandasının heyətində bütün yarışlarda 55 matçda 18 qol vurub və 25 məhsuldar ötürmə edib.