Lerikdə torpaq sürüşməsi oldu
Lerikdə torpaq sürüşməsi baş verib.
meqale.com APA-ya istinadən bildirir ki, rayonun Çayrud kənd sakini İnşallah Mirzəyevə məxsus həyət sahəsində FHN-nın əməkdaşları istinad divarı tikərkən iri torpaq layları qoparaq yaşayış evinin ətrafına doğru hərəkət edib. Hadisə zamanı evə ziyan dəyməsə də, nazirlik əməkdaşları burada yaşamağın təhlükəli olduğunu bildiriblər.
İnşallah Mirzəyevin sözlərinə görə, ərazidə görülməsi nəzərdə tutulan qabaqlayıcı tədbirlər artıq təxirə salınıb.