“Liverpul”un qapıçısı komandanı tərk etdi

"Liverpul" qapıçı Adrianla yollarını ayırıb.

“Liverpul”un qapıçısı komandanı tərk etdi
"Liverpul" qapıçı Adrianla yollarını ayırıb.

meqale.com xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabında bildirilib.

"Adrian "Liverpul"u tərk edir. "Enfild"də keçirdiyi 5 il ərzində o, klubun uğurlarına dəyərli töhfə verib. Həm komanda yoldaşları, həm də personal arasında önəmli biri olan Adrian bütün klubdan ən xoş arzularla "qırmızılar"ı tərk edir. Hər şey üçün təşəkkür edirik", - məlumatda qeyd olunub.