“Mango”nun yaradıcısı faciəvi şəkildə öldü

Mango moda zəncirinin qurucusu İsak Andiç faciəvi qəza nəticəsində həyatını itirib. meqale.com xəbər verir ki, 71 yaşlı milyarderin Barselona yaxınlığındakı Montserrat mağaralarında qohumları ilə birlikdə yürüyüş edərkən 150 metrlik qayadan sürüşərək yıxıldığı bildirilir.

İsak Andiç, 1960-cı illərdə ailəsi ilə birlikdə Türkiyədən İspaniyanın şimal-şərqində yerləşən Kataloniya bölgəsinə köçüb.

O, Barselona Amerika Liseyində sinif yoldaşlarına T-shirt satmaqla biznesə başlamışdı. Daha sonra pərakəndə satışın daha gəlirli olduğunu anlayaraq, 1984-cü ildə Barselonada ilk Mango mağazasını açıb.

İstanbulda doğulmuş iş adamının sərvəti Forbes-ə görə 4,5 milyard dollar dəyərində idi və Mango şirkətinin qeyri-icraçı sədri idi.