Məktəbdə qorxu dolu anlar - Şagirdin çantasında görün nə partladı
Rusiyanın Perm şəhərində məktəblinin çantasında xarici batareya (power bank) partlayıb.
meqale.com xəbər verir ki, bu barədə "112" Telegram kanalı məlumat yayıb.
Hadisə 116 saylı məktəbdə baş verib. Dərs zamanı "power bank" əvvəlcə qığılcım saçmağa başlayıb, daha sonra isə partlayıb.
Məktəbli cihazı söndürməyə çalışıb - onu yerə atıb və ayağı ilə tapdalayıb. Lakin batareyanın alovlanmasının qarşısını almaq mümkün olmayıb. Hadisə nəticəsində məktəbli xəsarət almayıb.
Yanğını tez söndürmək mümkün olub.