Məktəblinin ölümünə səbəb olan avtobus sürücüsü həbs edildi

Bu ilin 25 may tarixində Bakı şəhərinin Xətai rayonu ərazisində idarə etdiyi avtobusla 8 yaşlı Saleh Quliyevi vurub öldürən avtobus sürücüsü həbs edilib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində sürücü Anar Hüseynov barəsində başlanmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmədə bildirilib ki, hadisə vaxtı Saleh anası ilə birgə təhsil aldığı 245 saylı orta məktəbə gedirmiş. Onlar Xudu Məmmədov küçəsində nizamlanmayan piyada keçidindən keçərkən 51 saylı marşrut üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu sürətini azaltmadan Saleh Quliyevi və anasını vurub. Ağır xəsarət alan azyaşlı hadisə yerində vəfat edib, anası isə nisbətən yüngül xəsarətlər alıb.

Mərhumun ailəsi məhkəmədə sürücünün ağır cəzalandırılmasını tələb edib.