Metroda bu düyməyə toxunmaq olmaz - Xəbərdarlıq
Bakı Metropoliteninin stansiyalarında bu ilin ilk 2 ayında sərnişinlər 534 dəfə eskalatorların dayanmasına səbəb olub.

bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb.
Bildirilib ki, bu kimi hadisələr metrodan istifadə edən vətəndaşların həyatı üçün təhlükə yarada bilər: “Sərnişinlərimizi bir daha eskalatorda olarkən daha diqqətli, məsuliyyətli və ehtiyatlı davranmağa çağırırıq!”