Meymunçiçəyinə yoluxan şəxsin son vəziyyəti
"Meymunçiçəyi virusuna yoluxan şəxsin hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir".
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, həmin şəxsin müvafiq tibb müəssisəsində müalicəsi davam etdirilir, həkimlərin müşahidəsi altındadır.