Milan derbisində darmadağın - VİDEO

İtaliya A Seriyasının IV turunda Milan derbisi baş tutub.

Milan derbisində darmadağın - VİDEO
İtaliya A Seriyasının IV turunda Milan derbisi baş tutub.

meqale.com oxuya istinadən xəbər verir ki, "İnter" "Cüzeppe Meatsa"da nominal meydan sahibi kimi şəhərin eyniadlı komandasını qəbul edib.

Qarşılaşma "nerazzuri"nin darmadağını ilə başa çatıb - 5:1.

Hesabı beşinci dəqiqədə Henrix Mxitaryan açıb. 38-ci dəqiqədə Markus Türam "İnter"in üstünlüyünü iki topa çatdırıb. 57-ci dəqiqədə Rafael Leau "Milan"ı ümidləndirən qolu vursa da, bu, təsəllidən başqa bir şey olmayıb. 69-cu dəqiqədə Mxitaryan dubl edib. 10 dəqiqə sonra Hakan Çalhanoğlu penaltini dəqiq yerinə yetirməklə fərqi üç topa çatdırıb. 90+3-cü dəqiqədə isə David Frattezi matçda son nöqtəni qoyub.

Dörd oyundan sonra maksimum nəticə göstərən - 12 xal toplayan "İnter" vahid liderdir. "Milan" isə doqquz xalla üçüncüdür.