Müharibə olsa, ölkəsi üçün döyüşmək istəmirlər - Sorğu
Britaniya vətəndaşlarının üçdə ikisi hücuma məruz qalacağı təqdirdə ölkələri üçün döyüşmək istəmir.
meqale.com xəbər verir ki, bu, "The Sunday Express" qəzetinin dərc etdiyi ictimai rəy sorğusunun nəticələrində öz əksini tapır.
Sorğunun nəticələrinə görə, respondentlərin 64%-i müharibə olacağı təqdirdə krallığın silahlı qüvvələrinə qoşulmaq istəmədiklərini qətiyyətlə bildiriblər.
6% isə belə bir ssenaridə hərbi xidmətə getmək istəməklərinə şübhə etdiyini bildirib.