Narkotikdən bu yolla azad olub
"İlk dəfə Hüseyn Dəryanın adını Anar Nağılbazın yaratdığı məkanda eşitdim. Bir ev götürüb, rep məktəbi yaratmaq istəyirdi. Orada Dəryanı görüdüm, digərlərindən seçilirdi. İlk münasibət dostluq oldu, yaxşı tanışlıq idi. Anarın məsləhətləri, Hüseynin eqosu, böyük səhnəyə sıçramaq istəyi onu mənimlə vuruşmağa vadar etdi".
meqale.com xəbər verir ki, reper Elşad Xose mərhum həmkarı Hüseyn Dəryadan danışıb.
"Yaradıcı insanın yolu dörd divardan keçməlidir. Reperlərin də bir neçəsi oradan keçib. Bu, baş ucalığı deyil" deyə, Elşad əlavə edib.
Yeni texnologiyadan şikayətlənən Xose "Yeni texnologiya məni yorur. Bu, məni cavan kadr axtarmağa vadar edir. Bu, adi yaradıcılıqda bizə lazımdır. Bundan qaçmaq mümkün deyil" sözlərini deyib.