Naxçıvanda bu stadion köçürüləcək
Naxçıvan şəhərində 20 min azarkeş tutumu olan stadion köçürüləcək.
meqale.com-ın xəbərinə görə, bu, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı"nda əksini tapıb.
Plana əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Gənclər və İdman Nazirliyi ilə birgə 2023-cü ildə stadionun yerində asudə vaxtın təşkili ilə bağlı kompleksin layihələndirmə işlərini həyata keçirməlidir.