Nigeriyada oğurlanmış 200-dən çox uşaq azad edildi
Nigeriya ordusu əməliyyat zamanı ölkənin şimalında təhsil müəssisəsindən qaçırılan 200-dən çox uşağı azad edib.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Reuters agentliyi Kaduna ştatının qubernatoru Uba Saniyə istinadən məlumat yayıb.
O, hərbçilərə "cinayətkarlığın aradan qaldırılmasına və ictimai asayişin bərpasına" imkan verən cəsarət və qətiyyətə görə təşəkkür edib.
Kuriqa kəndindəki dövlət məktəbinə hücum martın 7-də səhər şagirdlərin ümumi yığıncağı keçirilən zaman baş verib. Bu, Nigeriyada son illərin ən dəhşətli kütləvi adam oğurluğundan biri idi. 2014-cü ildə silahlılar Çibok şəhərindəki yataqxanada yaşayan 270-dən çox məktəbli qızı əsir götürüb aparıblar.