Nyu-Yorkda istirahət kabusa çevrildi: 1 ölü, 6 yaralı - FOTO

Nyu-Yorkda (ABŞ) izdihamlı parkda atışma baş verib. Hadisə nəticəsində azı bir nəfər həlak olub, altı nəfər isə yaralanıb.

Nyu-Yorkda istirahət kabusa çevrildi: 1 ölü, 6 yaralı -  FOTO
Nyu-Yorkda (ABŞ) izdihamlı parkda atışma baş verib. Hadisə nəticəsində azı bir nəfər həlak olub, altı nəfər isə yaralanıb.

meqale.com oxuya istinadən xəbər verir ki, hadisə Roçester şəhərində qeydə alınıb.

Məlumata görə, Meypllvud parkında bazar günü yerli vaxtla təxminən saat 18:20-də (Bakı vaxtı ilə bazar ertəsi 02:20) baş verən atışma nəticəsində 20 yaşlı gənc həlak olub, daha altı nəfər yaralanıb. Onlardan birinin vəziyyəti kritik hesab edilir.

Hüquq-mühafizə orqanı əməkdaşları atışmanın neçə nəfər tərəfindən həyata keçirildiyini bilmədiklərini vurğulayıblar.