"O evdən qurtulmaq üçün ərə getdim"
Müğənni Xatun Əliyeva 18 yaşında ailə qurmasından danışıb.
meqale.com xəbər verir ki, sənətçi həmin şəxsi valideynlərinin seçdiyini etiraf edib:
"Məktəbi bitirdikdən sonra İncəsənət Universitetinə qəbul oldum. Həmin ərəfədə Şüvəlanda bir məclisə getmişdim və məni orada gördülər, elçi gəldilər. Çox gözəl, sayılıb-seçilən və imkanlı ailə idi. Mənim atam da imkanlı idi. O vaxt ən böyük arzum da ağ gəlinlik geyinmək idi. Heç kimi sevməmişdim, həmin şəxsi valideynlərim seçdi. Oğlumun atası mənim ilk sevgim oldu. O mənə dedi ki, heç vaxt işləməyə və oxumağa icazə verməyəcəyəm. Mən də ərə getməyi seçdim. 18 yaşımda ona vuruldum. Ailə qurduq, gözəl toyumuz oldu. Sonra boşanan insanlar kimi, biz də yola getmədik. Hamı da deyir ki, xasiyyətləri tutmadı. Dörd ilə yaxın Şüvəlanda gəlin oldum və bir də gördüm ki, oraya sığa bilmirəm".
Xatun ailədə sevgi ilə böyüyən bir uşaq olmadığını dilə gətirib: