"O qızların bəxti gətirib ki, qarşılarına atam çıxıb"

Aparıcı İlkin Həsəni paylaşımı ilə diqqət çəkib. 

Aparıcı İlkin Həsəni paylaşımı ilə diqqət çəkib. 

meqale.com xəbər verir ki, o, ötən gün atasının başına gələn maraqlı hadisədən danışıb. İlkin bildirib ki, atası 15 yaşlı nəvəsini götürmək üçün restoranlardan birinin qarşısına gedib və həmin anda avtomobilə nəvəsi ilə yanaşı iki tanımadığı qız da əyləşib.

Qızlar maşınını taksi bilərək ona oturub. İlkinin valideyni isə qızları nəvəsinin rəfiqəsi olaraq avtomobilə əyləşdiyini anlayıb. Onların tanış olmadığı üzə çıxdıqdan sonra isə aparıcının atası qızları evlərinə qədər aparıb.