Ofelya metroda "konsert" verdi - VİDEO

Müğənni Ofelya Şabanova İTV-nin layihəsi çərçivəsində yayımlanan "Yeraltı" verilişinin qonağı olub.

Ofelya metroda
Müğənni Ofelya Şabanova İTV-nin layihəsi çərçivəsində yayımlanan "Yeraltı" verilişinin qonağı olub.

meqale.com xəbər verir ki, layihənin konseptinə uyğun olaraq sənətçi bu dəfə metroda çıxış edərək öz ifalarını səsləndirib.

Sözügedən görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. Xüsusilə Ofelya Şabanovanın muğamdan bir parça səsləndirməsi izləyicilər tərəfindən bəyənilib və sənətçinin səs imkanları yüksək qiymətləndirilib.

Bununla yanaşı, bəzi sosial media istifadəçiləri müğənninin gündəmə gəlmək üçün seçdiyi üsulu uyğun hesab etməyərək tənqid ediblər.

Şabanovanın ifası qısa müddətdə sosial mediada müzakirələr yaradıb.