Okan Buruk onların ayrılığını rəsmən açıqladı
Okan Buruk jurnalistlərə açıqlamasında Dris Mertens və Fernando Musleranın ayrılığını açıqlayıb.
meqale.com xəbər verir ki, təcrübəli mütəxəssis yaxın günlərdə iki futbolçu ilə yollarını ayıracaqlarını bildirib:
"Bu çempionatlarda Muslera və Mertens kimi böyük payı olan iki futbolçu bizdən ayrılacaq. Bu, bizi çox duyğulandırır. Hər sevinc və hər matçda bunu hiss edirik. Onların əvəzinə ciddi transferlər etməliyik. Mertens və Muslera nümunəvi futbolçulardır. Onları əvəz etmək asan deyil. Futbolun acınacaqlı tərəfi də budur. Ayrılıqlar ola bilər. Bunu heç kim yaşamaq istəmir, amma bu, futbolun həqiqətlərindən biridir".