Pakistanda helikopter qəzası - Ölənlər var

Pakistanda Hayber-Paxtunxva əyalət hökumətinə məxsus humanitar yardım daşıyan helikopter qəzaya uğrayıb. 

Pakistanda helikopter qəzası - Ölənlər var
Pakistanda Hayber-Paxtunxva əyalət hökumətinə məxsus humanitar yardım daşıyan helikopter qəzaya uğrayıb. 

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, əyalət naziri Əli Əmin Qandapur qəza zamanı ikisi pilot olmaqla 5 nəfərin həlak olduğunu bildirib. 

Vilayətin baş katibi Şahab Əli Şahın sözlərinə görə, "Mi-17" helikopteri pis hava şəraiti səbəbindən qəzaya uğrayıb.

Bildirilib ki, helikopter Bəcaurun yağışdan zərər çəkmiş bölgələri üçün humanitar yardım aparırmış.