Paşinyan Ermənistanın hansı halda KTMT-ni tərk edəcəyini açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin hansı halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk edəcəyini açıqlayıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Paşinyan bu barədə bu gün keçirilən mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, KTMT İrəvan tərəfindən qaldırılan suallara cavab verməsə, Ermənistan təşkilatı tərk edəcək: "Biz hazırda sözügedən təşkilat üzrə tərəfdaşlarımızdan KTMT-nin Ermənistanda məsuliyyət zonasının nədən ibarət olması barədə suala cavab vermələrini gözləyirik və tələb edirik". 

Xatırladaq ki, Paşinyan fevralın 23-də "France 24"ə müsahibəsində Ermənistanın KTMT-də iştirakını dondurduğunu bildirib. Onu da qeyd edək ki, Ermənistan rəhbərliyi KTMT və Rusiyanı öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edir. Ölkə təşkilatın son vaxtlar keçirilən tədbirlərinə qatılmayıb.