Paşinyan: Suallarımıza cavab verilməsə, Ermənistan KTMT-ni tərk edəcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qarşısında qaldırdığımız suallara cavab verilməsə, Ermənistan təşkilatı tərk edəcək.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Paşinyan İrəvanın KTMT-də iştirakının "dondurulması"nı şərh edərək deyib ki, siyasi qərarlar hüquqi proseslərlə qarışdırılmamalıdır: "Biz faktiki olaraq KTMT-də iştirakımızı dondurmuşuq və görüşlərdə iştirak etmirik. Hazırda yalnız bir suala cavab gözləyirik: təşkilatın Ermənistanda məsuliyyət zonası nədən ibarətdir? Bütün problemlər İrəvanın bu məsələni qaldırdığı andan başlayıb".