Paşinyanın partiyasının ofisi yaxınlığında atışma baş verib, yaralanan var

Ermənistanın paytaxtı İrəvanda hakim "Mülki Müqavilə" partiyasının ofisi yaxınlığında atışma baş verib.

Paşinyanın partiyasının ofisi yaxınlığında atışma baş verib, yaralanan var
Ermənistanın paytaxtı İrəvanda hakim "Mülki Müqavilə" partiyasının ofisi yaxınlığında atışma baş verib.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Bildirilib ki, atəş açan şəxs "Samiko" pivə zavodunun sahibinin oğlu 26 yaşlı Armen G. olub.

Hadisə nəticəsində yaralanan şəxs isə 27 yaşlı İrəvan sakini İ. Arutyundur.

Yaralı Erebuni xəstəxanasına yerləşdirilib. Hadisənin səbəbləri açıqlanmayıb.