Püstənin sağlamlıq üçün əvəzsiz faydaları
Enerji baxımından zəngin püstə balanslı qidalanmaya dəstək olur. Alimlər püstənin sağlamlıq üçün çox faydalı hesab edirlər. Gün ərzində 50 qram püstə istehlak edilməsi tövsiyə edilir.

- Püstə antioksidant xüsusiyyətlərə malikdir.
- Tərkibindəki bitki mənşəli zülallarla qan şəkərini tənzimləməyə kömək edir və şəkər xəstəliyinin qarşısını alır.
- Amin turşularının 2%-ni təşkil edən L-arginin maddəsi ilə arterial genişlənməni təşviq edir.
- Tərkibində Kalsium, Kalium, Maqnezium və Selenium kimi faydalı mineralları ehtiva edir. Vitamin baxımından zəngin olması ürək sağlamlığının qorunmasına kömək edir və xolesterinin azalmasına, diabet və xərçəng riskinin azalmasına dəstək verir.
- Omeqa yağ turşuları və E vitamini ilə zəngindir, sinir sisteminə faydalıdır.