Putinin Ukrayna ilə bağlı yeni planı
Aydın məsələdir ki, belə çıxışlarla Rusiya Ukraynada hakimiyyət daxilində çat yaratmaq istəyir.
meqale.com xəbər verir ki, bu sözləri axar.az-a Vladimir Putinin Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda çıxışı zamanı Zelenskinin hakimiyyətinin qeyri-legitimliyi haqqında sözləri barədə danışan siyasi şərhçi Turab Rzayev deyib.
Siyasi şərhçi Moskvanın Kiyevdə hakimiyyət daxilindəki boşluqlardan yararlanmaq niyyətində olduğunu bildirib:
"Artıq Ukraynada prezident seçkilərinin vaxtı keçib və yəqin ki, qarşıdakı yaxın müddətdə müharibə ilə əlaqədar seçkinin keçirilməsi təxirə salınacaq, Zelenskinin səlahiyyət müddəti uzanacaq. Ancaq seçkilər keçirilsə, Rusiyaya yaxın birinin hakimiyyətə gəlmə ehtimalı var. Yaxud da daxildə çaxnaşma, fikir ayrılıqları yaransa, Ali Radanın sədri və ya baş nazir mövcud prezidentin öz legitimliyini itirdiyini, hakimiyyəti öz əlinə aldığını bildirə bilər. Vladimir Putin verdiyi açıqlamalar zamanı hər iki ehtimalı nəzərə alıb".
Turab Rzayev Rusiyanın ona qarşı ikinci cəbhə açılmadan özünə sərfəli sülh şərtləri formalaşdırmaq istədiyini vurğulayıb: