Qadının metroda etdiyi hərəkət müzakirələrə səbəb oldu - VİDEO
Sosial şəbəkələrdə Bakı metrosunda sərnişinlərdən birinin lüzumsuz səbəblə "sərnişin-maşinist" rabitəsindən istifadə etməsi ilə bağlı görüntülər yayılıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, kadrlarda xanım sərnişin maşinistlə rabitədən bir neçə dəfə istifadə edərək ona suallar ünvanlayır.
Sərnişini maraqlandıran məqam isə rabitə düyməsindən gərəksiz istifadə etdiyi üçün onu hansı cəzanın gözləməsidir:
Məlumat üçün qeyd edək ki, bu, Nazirlər Kabinetinin təsdiqi ilə Bakı Metropolitenində qadağan olunan hərəkətlər siyahısında yer alıb. Belə ki, sözügedən təlimatın 5.26-cı bəndində zərurət olmadıqda "sərnişin-maşinist" rabitəsindən istifadə etmək qadağan edilmiş hərəkət hesab olunur.