“Qayınanam məni gəlin kimi qəbul etmir” – Qumral
Müğənni Təranə Qumralın qızı Qumral qayınanası ilə danışmadığını açıqlayıb.
meqale.com xəbər verir ki, Qumral qayınanasının ona qarşı münasibətinin səbəbini bilmir:
"Qayınanam mənimlə danışmır. Gəliş-gedişimiz yoxdur, arada soyuqluq var. Səbəbini bilmirəm, ona görə ismarış göndərmişəm, demişəm ki, öpürəm sizi. Niyə məni heç vaxt istəmədiniz? Nəvələrini də illərdir görmür. Dəqiq desəm, 2-3 il olar. Ola bilər ki, səbəb mənəm. Natiqlə danışanda bizə salam göndərir. Lakin çox həssas insanam. Hər kəsin məni nə qədər çox istədiyini yaxşı hiss edirəm. Heç vaxt məni gəlin kimi qəbul edib, sevməyib. Adət-ənənə ilə elçi gəlib, mənə toy ediblər. Qayınanamın bir gəlini var, o da mənəm. Qarşısına çay da qoymuşam, yemək də bişirmişəm. Heç vaxt ondan "qızım", "gəlinim" sözünü eşitməmişəm. Mən də səbəbini axtarmışam, evimdə də söz-söhbət olub.
İnsan deyib ki, "mən beləyəm". Məcburiyyət yoxdur. Məcbur sevgi necə ola bilər? Mən kasıb oğlana ərə getmişəm, hər şeyi qəbul edib getmişəm. Ailəmdə bir əlim yağda, bir əlim balda olmuşam. Anam məni şahzadə kimi böyüdüb, heç yumurta qırmaq bilməmişəm. Kasıb oğlanı da özüm seçib, sevib ailə qurmuşam. Üç otaqlı həyət evinə gəlin köçmüşəm, həmin evi kirayə vermişik. Biz başqa evdə qalırıq, onu anam bağışlayıb. Öz böyüdüyüm evdir.