Qənirə Paşayeva dəfn edildi - VİDEO - FOTO

Millət vəkili Qənirə Paşayeva İkinci Fəxri Xiyabanda dəfn olunub.

Qənirə Paşayeva dəfn edildi - VİDEO - FOTO
Millət vəkili Qənirə Paşayeva İkinci Fəxri Xiyabanda dəfn olunub.

meqale.com Trend-ə istinadən xəbər verir ki, əvvəlcə mərhumla Heydər Məscidində keçirilən mərasimdə mərhum deputatın ailə üzvləri, yaxınları, ölkə ictimaiyyəti, Milli Məclisin deputatları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.

-------- 11:01 Ötən gecə vəfat edən millət vəkili Qənirə Paşayeva dəfn edilir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, Heydər Məscidində mərhumla vida mərasimindən onun nəşi İkinci Fəxri xiyabana gətirilib

Hazırda Qənirə Paşayeva Il Fəxri Xiyabanda son mənzilə yola salınır. Dəfn mərasimində millət vəkilləri, mərhumun yaxınları, dövlət rəsmiləri iştirak edir.

Xatırladaq ki, ötən gecə millət vəkili Qənirə Paşayeva vəfat edib. Deputat müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.